"Napoli" Ançelottini qovdu, Qattuzonu gətirir

"Napoli"də gözlənilən baş məşqçi istefası reallaşıb. Newsport.az saytı xəbər verir ki, Neapol təmsilçisi Karlo Ançelotti ilə yollarını ayırıb.

Hətta komandanın Çempionlar Liqasının qrup mərhələsində "Genk" üzərində böyükhesablı qələbəsi (4:0) və 1/8 finala adlaması belə, rəhbərliyin fikrini dəyişməyib. Komandanın yeni baş məşqçisi isə Cennaro Qattuzo olacaq. Onun təyinatının bu gün rəsmiləşməsi gözlənilir. 41 yaşlı mütəxəssis 1,5+1 illik sazişə qol çəkəcək. Onun illik məvacibi isə 3 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Karlo Ançelotti "Napoli"nin "sükanı arxası"na ötən il keçmişdi. Onun klubla müqavilə müddəti 3 illik idi.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah