"Pis oynasaydıq, "Atletiko"ya qalib gəlməzdik" Valverde

"Barselona"nın baş məşqçisi Ernesto Valverde komandasındakı vəziyyət haqda danışıb.

Newsport.az-ın məlumatına görə, 55 yaşlı mütəxəssis onlar üçün mövsümün həlledici hissəsinin olduğunu deyib: "Pis oynasaydıq, Vanda Metropolitanoda "Atletiko"ya qalib gəlməzdik. Bəli, bəzən çox yaxşı oynamadan qalib gəlirsən. Amma bir qayda olaraq La Liqanı qazanan komanda ən yaxşı çıxış edəndir. Mövsümün həll edici hissəsidir. Komanda güclüdür və bunun dəyişməsini istəmirik. Çox tənqiddən sonra iki səfər matçında qalib gəldik. Biz çempionatın lideriyik. Komanda həmişə yaxşı oynamağa çalışır. Bu hərdən alınır, hərdən də yox. Fikrimiz hər zaman ən yaxşı oyunumuzu göstərməkdir".

Qeyd edək ki, "Barselona" La Liqadakı növbəti görüşünü bu gün evdə "Malyorka"ya qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right