Ramil Şeydayev "Zenit"lə oyunda şans qazanmadı

Rusiya Premyer Liqasında 19-cu turun oyunları keçirilir. 

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva “Dinamo”su səfərdə “Zenit”lə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ramil komandasının uduzduğu oyunda sonadək ehtiyatda qalıb.

“Dinamo” 18 turdan sonra 24 xalla 7-ci pillədə qərarlaşıb. 45 xalı olan "Zenit" turnir cədvəlinə başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right