"Everton" baş məşqçisi ilə yolları ayırdı

İngiltərənin "Everton" klubu baş məşqçisi Marku Silvanı istefaya göndərib.

 

Newsport.az xəbər verir ki, buna səbəb Liverpul təmsilçisinin uğursuz nəticələr əldə etməsidir. Komandanın 15-ci turda əzəli rəqibi "Liverpul"a səfərdə 2:5 hesabı ilə uduzmasından sonra rəhbərlik belə qərar verib.

 

Komandanı 16-cı turda "Çelsi" ilə keçiriləcək oyuna Dankan Ferqyuson hazırlayacaq.

 

"Everton" çempionatın turnir cədvəlində 14 xalla 18-ci yeri tutur.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah