İtaliya yığması İngiltərə və Almaniya ilə qarşılaşacaq

Avropa çempionatında A qrupunda yer alan İtaliya yığması yoldaşlıq görüşləri keçirəcək. Newsport.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Skuadra Adzurra" qitə birinciliyi öncəsi iki oyunda qüvvəsini sınayacaq.

İtalyanlar turnirin digər favoritləri İngiltərə və Almaniya ilə üz-üzə gələcək. İngilislərlə qarşılaşma martın 27-də "Uembli" stadionunda keçiriləcək. Almaniya ilə sınaq isə martın 31-də baş tutacaq.

Qeyd edək ki, İtaliya yığması A qrupunda Türkiyə, İsveçrə və Uelslə qarşılaşacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right