Türkiyənin Bakıdakı oyunlarının başlama saatı açıqlandı Avro-2020

Avro-2020-nin A qrupunun Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının başlama saatları müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, bununla bağlı AFFA-nın saytı açıqlama yayıb. İlk matç iyunun 13-də saat 17:00-da (Mərkəzi Avropa vaxtı ilə saat 15:00-da) Uels və İsveçrə milliləri arasında olacaq.

Türkiyə millisinin iyunun 17-də Uels və iyunun 21-də İsveçrə ilə görüşləri isə saat 20:00-da (Mərkəzi Avropa vaxtı ilə saat 18:00-da) başlanacaq. Hazırda Bakı və Mərkəzi Avropa vaxtları arasında 3 saatlıq fərq mövcuddur. Lakin martın sonlarında bu fərq 2 saata enədək.

A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər 3 oyununu Roma şəhərindəki "Olimpiko" stadionunda keçirəcək.

Qeyd edək ki, qrupun üç matçından əlavə, 1/4 finalın bir matçı da Bakıda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right