Lavessi karyerasını başa vurdu

Argentina millisinin sabiq üzvü, Çinin "Habey Çayna Forçun" klubunun futbolçusu Esekyel Lavessi karyerasını başa vurub.

Newsport.az saytının məlumatına görə, 34 yaşlı hücumçu Çin Super Liqasının "Quançjou Everqrand"la keçirilən matçdan (1:3) sonra bu barədə açıqlayıb:

"Bu oyunu unutmayacam, çünki karyeramda sonuncu görüş idi. Ailəm və uşaqlarımla daha çox vaxt keçirmək istəyirəm. İndi bunun üçün münasib zamandı".

Lavessi "Estudaientes", "San Lorenso", PSJ və "Napoli" kimi klublarda da oynayıb. O, Argentina millisində 51 oyuna 9 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right