Eto’o “Harvard”a qəbul edildi

“Barselona” və “Çelsi” kimi klublardakı çıxışı ilə tanınan Kamerun yığmasının sabiq hücumçusu Samuel Eto’o özünə yeni iş qurmaq qərarına gəlib.

Newsport.az saytının məlumatına görə, bukmeker kontoru yaradan sabiq hücumçu idarəçilik dərsləri almaq üçün Harvard Universitetinə üz tutub.

38 yaşı olan Eto’onun ölkəsində fəaliyyət göstərəcəyi bukmeker şirkəti “Beto’o” adlanır. O, bu sahədə daha uğurlu olmaq üçün isə 1 il Bostonda dünyanın ən məşhur universitetlərindən birində təhsil alacaq.

Xatırladaq ki, Eto’o karyerası ərzində “Real”, “Leqanes”, “Espanyol”, “Malyorka”, “Barselona”, “İnter”, “Anji”, “Çelsi”, “Antalyaspor” və “Konyaspor” klublarında forma geyinib. O, Kamerun yığmasında da 118 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right