"Qızıl top"un qalibi məlumdu?

Yüksək tirajlı "France Football" nəşri dekabrın 2-də "Qızıl top"un qalibini açıqlayacaq. Newsport.az saytının xarici mətbuata istinadən məlumatına görə, mükafatı kimin əldə edəcəyi artıq məlumdu.

İddiaya əsasən, "France Football"ın nümayəndələri dünən "Qızıl top"la bağlı "Nou Kamp"da çəkiliş aparmaq və Lionel Messidən müsahibə almaq üçün Barselonaya gediblər. "Barselona"nın kapitanının 6-cı dəfə bu mükafatı qazanacağı vurğulanır. Belə olarsa, Messi 2009, 2010, 2011, 2012 və 2015-ci ildən sonra "Qızıl top"un sahibi olacaq.

Qeyd edək ki, Messinin əsas rəqibləri Kriştianu Ronaldo və Vircil van Deykdi. Bu mükafatın ötənilki sahibi "Real"ın yarımmüdafiəçisi Luka Modriç olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right