Pedrodan Superliqada növbəti qol

“Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike Türkiyə Superliqasında növbəti qolunu vurub.

Newsport.az-ın məlumatına görə, “Kayserispor”da çıxış edən braziliyalı yarımmüdafiəçi  12-ci turda “Sivasspor”la bu gün keçirilən görüşdə fərqlənib. O, matçın 44-cü dəqiqəsində hesabı 1:1 edib. Oyun isə “Sivasspor”un 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Pedro bununla da Superliqada bu mövsüm vurduğu qollarının sayını (10 oyuna) 4-ə çatdırıb.

Qeyd edək ki, “Kayserisspor” hazırda 7 xalla 18 komanda arasında sonuncudur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right