Kamran Əliyev komandasını məğlubiyyətdən xilas etdi

Rusiya 1-ci divizionunda 25-ci turun görüşləri keçirilir.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Kamran Əliyevin çıxış etdiyi “Ximki” səfərdə "Krasnodar-2" ilə heç-heç edib - 2:2.

Oyuna ikinci hissədə daxil olan Kamran 85-ci dəqiqədə vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib.

21 yaşlı hücumameyilli futbolçu bu mövsüm vurduğu qolların sayını 8-ə çatdırıb. "Ximki" 50 xalla 3-cü pillədə qərarlaşıb.

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right