Nazarov qol vurdu, komandası qalib gəldi

Almaniya II Bundesliqasında 14-cü tura start verilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” evdə “Sankt Pauli”ni 3:1 hesabı ilə məğlub edib.

Nazarov start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib. Milliləşdirilmiş futbolçu matçın 24-cü dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə komandasının 2-ci qolunu vurmağa nail olub. 29 yaşlı futbolçu bu mövsüm 6-cı qolunu vurub.

"Aue" yarış cədvəlinin turnir cədvəlində 23 xalla 3-cü pillədə qərarlaşıb.

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right