De Liqt: "Yuventus"a transfer olduğum üçün peşman deyiləm"

"Yuventus"un müdafiəçisi Matteys de Liqt Niderland futbolunun əfsanəsi Patrik Kluyvertin onun haqda dediyi fikirlərə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, 20 yaşlı futbolçu Turin klubuna keçdiyi üçün peşman olmadığını deyib:

"Kluyvert kimi əfsanə belə deyirsə, düşünürlər ki, doğru danışıb. Ancaq bu, onun fikirləridir. Sənin üçün çox pul xərclənibsə, tənqidlərin fərqində olursan. Komanda yoldaşlarım və azarkeşlər performansımdan məmnundur. Mən buna görə də xoşbəxtəm və peşmanlıq hissi yoxdur".

Kluyvert de Liqtin "Yuventus"a keçdiyi üçün peşman olduğunu səsləndirmişdi. "Qoca sinyora" niderlandlı futbolçunu "Ayaks"dan 75 milyon avroya transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right