Mourinyonun təyinatı "Real" futbolçularını sevindirib

Joze Mourinyonun "Tottenhem"in baş məşqçisi təyin olunması "Real"ın futbolçularını sevindirib.

Newsport.az-ın məlumatına görəİspaniya mətbuatı yazır ki, Madrid klubunun prezidenti Florentino Peres hazırkı baş məşqçi Zinəddin Zidanı istefaya göndərəcəyi təqdirdə, onun yerinə portuqaliyalı mütəxəssisi gətirə bilərdi. Ancaq 2010-2013-cü illərdə "Real"ı çalışdıran Mourinyonun təyinatına kapitan Serxio Ramos başda olmaqla, bir çox futbolçunun narazı olduğu bildirilirdi.

56 yaşlı çalışdırıcının "Tottenhem"ə keçməsindən sonra Madrid klubunun futbolçularının sevindiyi vurğulanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right