“Barış pınarı”na dəstək olan futbolçu ilə yollar ayrıldı

Almaniya II Bundesliqa təmsilçisi "Sankt-Pauli" klubu futbolçusu Cenk Şahin "Instagram"da "Barış pınarı" hərəkatına dəstək olduğu üçün qərar komandanın əsas heyətindən uzaqlaşdırılmışdı

Newsport.az-ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi ilə bağlı qərar qəbul edilib. Klub rəhbərliyi türkiyəli oyunçu ilə yolları ayırıb. Müqaviləsi 2021-ci ilə qədər olan futbolçunun sözləşməsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Cenk bir müddətdir ki, "Başakşəhər"də məşq edir.

Almaniya təmsilçisi Cenk Şahinin paylaşımının klubun imicinə uyğun olmadığı üçün belə qərar verib.

"Sankt-Pauli" Ənvər Cenk Şahini 2017-ci ildə "Başakşəhər"dən transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right