İbrahimoviçin meneceri "Milan" nümayəndələri ilə görüşdü

"Los-Anceles Qelaksi"nin isveçli ulduzu Zlatan İbrahimoviç karyerasını keçmiş klubu "Milan"da davam etdirə bilər. Bu barədə "Sky Sports Italia" məlumat yayıb.

Newsport.az-ın məlumatına görə, futbolçunun meneceri Mino Rayola Milan klubunun nümayəndələri ilə görüşərək mümkün keçidi müzakirə edib. İtalyanlar ilyarımlıq müqavilə imzalamaq istəyir. Ancaq futbolçu çox yüksək maaş tələb edir. "Milan" məbləğdə endirim etməyə çalışır.

"İbrakadabra"nın ABŞ klubu ilə müqaviləsi ilin sonunda başa çatır. "Los-Anceles Qelaksi" futbolçuya bir illik yeni müqavilə təklif edib. İbrahimoviç isə bir müddət əvvəl sosial şəbəkə hesablarından ABŞ-la vidalaşıb.

37 yaşlı forvard son mövsüm MLS-də 31 matçda 31 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right