"Ronaldo və Messi ilə eyni səviyyəyə yüksələ bilərdim" - sabiq "Qalatasaray"lı

Hollandiya millisinin keçmiş futbolçusu Uesli Sneyder bütün bacarığını ortaya qoyacağı təqdirdə Lionel Messi və Kriştiano Ronaldo ilə eyni səviyyədə ola biləcəyini söyləyib:

"Əlimdən gələnin ən yaxşısını etsəydim, Ronaldo və Messi ilə eyni səviyyədə olardım. Ancaq bunu istəmədim. Peşman da deyiləm. İstəmədiyim kimi bu səviyyəyə yüksəlmədim. Azarkeşlər hələ də 2010-cu ildə "Qızıl top"un mənə verilməli olduğunu düşünür. Onlara cavabım belədi: "Uşaqlar, mən Çempionlar Liqasını qazanmışam". Bunun daha dəyərli bir titul olduğunu düşünürəm. Mən komanda oyunçusu idim. Belə nailiyyətlər daha vacibdi" - deyə, o, "Fox Sports"a bildirib.

Karyerası ərzində "Real", "İnter" kimi top-klublarda çıxış etmiş Sneyder 2013-2017-ci illərdə "Qalatasaray"ın da formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right