Rumıniya millisinin baş məşqçisi istefa verdi

Rumıniya millisinin baş məşqçisi Kosmin Kontra istefa verib.

Newsport.az-ın məlumatına görə,  43 yaşlı çalışdırıcı AÇ-2020-nin seçmə mərhələsindəki uğursuz çıxışdan sonra bu qərarı verib.

Rumıniya qrup mərhələsində 10 oyuna 14 xal toplayıb və 4-cü olub. Lakin komandanın Millətlər Liqasında Avropa çempionatına yollanmaq şansları qalıb.

Avropa çempionatını qəbul edəcək şəhərlər arasında Rumıniyanın paytaxtı Buxarest də var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right