Podolskidən sürpriz transfer qərarı

Almaniya millisinin sabiq hücumçusu Lukaş Podolski Yaponiyanın “Vissel Kobe” klubundan ayrıldıqdan sonra Polşaya yollanacaq.

Newsport.az-ın məlumatına görə, Polşa əsilli forvard 2020-ci ilin yanvarın 31-də başa çatacaq müqaviləsini uzatmayacaq və Yaponiya klubundan ayrılacaq. 34 yaşlı futbolçu doğulduğu Qlvitse şəhərini təmsil edən “Qurnik Zabje” klubu ilə müqavilə bağlayacaq. 

Xəbərdə Podolskinin doğma şəhərində dondurma və kabab məkanları açacaq.

Podolski Almaniyadan təkliflər alsa da, karyerasını Polşada bitirmək fikrində olduğu bildirilir.

“Köln”ün yetirməsi “Bayern”, “Arsenal”, “İnter”, “Qalatasaray” kimi klublarda çıxış edib. Podolski 2017-ci ildən “Vissel Kobe”də oynayır.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah