“Portu” Abubakarın satış qiymətini müəyyənləşdirdi

“Portu” hücumçusu Vinsent Abubakarı satmaq fikrindədir.

Newsport.az-ın məlumatına görə, “əjdahalar” kamerunlu hücumçunu 3 milyon avroya satmağa hazırdır. Zədədən sonra heyətə düşə bilməyən 27 yaşlı forvardın illik maaşı 2,9 milyon avrodur. Portu bu yükdən qurtulmaq üçün qışda təklifləri dəyərləndirəcək.

“Portu” yayda Abubakar üçün 10 milyon avro tələb edirdi.

Dizindən ağır zədə almasından sonra Abubakar əsas heyətdə yerini Mussa Mareqaya uduzub.

Abubakar 2014-cü ildən “Portu”da çıxış edir. O, bu mövsüm 2 oyun meydanda olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right