“İnter”in slovakiyalı futbolçusu “Real”a keçir

“İnter”in müdafiəçisi Milan Şkrinyar “Real”a transfer ola bilər.

Newsport.az-ın məlumatına görə, bu barədə Slovakiya millisinin üzvünün agenti Mithat Halis açıqlama verib. Onun sözlərinə görə, Madrid klubu bu transfer uğrunda “Barselona” ilə yarışır:

“Real”la “Barselona” artıq 2 ildir ki, Şkrinyar uğrunda mübarizə aparır. Hazırda “Real” “İnter”lə anlaşmağa çox yaxındır. Çünki bu transferi çox istəyirlər. Onlar Serxio Ramosla Rafael Varana alternativ axtarırlar. Şkrinyarın “Real”a gedəcəyini görürəm”.

“İnter” 24 yaşlı futbolçunu 2017-ci ildə “Sampdoriya”dan 34 milyon avroya transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right