"Tottenhem" baş məşqçisini dəyişir?

"Tottenhem"in baş məşqçisi Mauritsio Poçettino postundan ayrılmağa hazırlaşır. Newsport.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı mütəxəssis klub prezidenti Daniel Levi ilə görüşüb.

Görüş zamanı çalışdırıcının istefası müzakirə olunub. Londonlular artıq yeni namizədləri də müəyyənləşdirməyə başlayıb. Əgər Poçettino ilə yollar ayrılsa, "Bornmut"un çalışdırıcısı Eddi Hau və "Leypsiq"in baş məşqçisi Yulian Naqelsmanla danışığa başlanılacaq.

Qeyd edək ki, "Tottenhem" Poçettinonu istefaya göndərsə, ona 14 milyon avroluq təzminat ödəməli olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right