Kyellini vaxtından tez qayıdır

"Yuventus"un kapitanı Corcio Kyellini yaşıl meydanlara qayıtmağa hazırlaşır. Newsport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 35 yaşlı müdafiəçisi gələn ilin əvvəlində dönməyə ümid edir.

Mövsümü başa vurması gözlənilsə də, veteran futbolçu tezliklə dönüşünün reallaşacağını düşünür: "Fevral-mart aylarında qayıdacağımı düşünürəm. Təəssüf ki, bu, hələ uzun müddət var. Ölkə xaricində bir neçə gün keçirdim və hazırda reabilitasiyanı davam etdirirəm. Səbrli olmaq lazımdı".

Qeyd edək ki, Kyellini bu mövsüm A seriyasında cəmi 1 oyunda - "Parma" ilə matçda iştirak edib və komandasına qələbə qazandıran yeganə qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right