"Pis xəbər Azərbaycanla oyunumuza təsir edə bilər" - Pavel Hapal

Slovakiya millisinin baş məşqçisi Pavel Hapal AVRO-2020-nin seçmə mərhələsində sabah Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyun barədə fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, o, bunları deyib:

"Ötən oyunla müqayisədə heyətdə müəyyən dəyişikliklər olacaq. Robert Mak qırmızı vərəqə aldığı üçün oynamayacaq. Amma qalan oyunçular meydana çıxmağa hazırdırlar. Sabah Azərbaycanla matçda yalnız qələbə haqqında düşünürük. Uelsdəki görüşün nəticəsi bizim üçün çox önəmlidi. İnanmalıyıq ki, qrupumuzdakı digər oyun heç-heçə yekunlaşa bilər. Çünki matç Uels və Macarıstan üçün çətindi. Rəqiblər qapılarını toxunulmaz saxlamağa cəhd edəcəklər. Xorvatiya ilə qarşılaşmada bəxt bizim tərəfimizdə deyildi. Ümid edirəm ki, Uels - Macarıstan duelində bəxt bizə güləcək. Çünki pis xəbər almağımız Azərbaycanla oyundakı çıxışımıza təsir edə bilər. Bugünkü məşqdən sonra dəqiq biləcəyik, bəlkə də, hansısa futbolçu yorğun ola bilər. Mütləq qələbə qazanmalıyıq".

Məşqçi Azərbaycan yığmasında bəzi dəyişikliklər olduğunu söyləyib: "Bakıdakı oyunla müqayisədə Azərbaycan millisinin oyununda müəyyən dəyişikliklər görünür. Biz matça ciddi yanaşmalı və maksimum gücümüzü ortaya qoymalıyıq".

Sabah Trnavadakı Anton Malatinski adına Stadionda keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right