Milli tarix yazdı, kapitan dünya rekorduna imza atdı

Andorra millisi AÇ-2020-nin seçmə mərhələsinin 10-cu turunda Türkiyəyə məğlub olub – 0:2. Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, Andorra yığmasının kapitanı İldefenso Lima bu qarşılaşmada forma geyinməklə dünya rekorduna imza atıb.
 
Belə ki, 39 yaşlı müdafiəçi bir milli komandada ən uzun müddət çıxış edən futbolçu ünvanını qazanıb. 1997-ci ildə Andorra yığmasında debüt edən Lima, 22 il 148 gün millinin şərəfini qoruyub.
 
Bundan əvvəlki rekord 22 il 145 günlə Ekvador millisinin üzvü İvan Hurtadoya aid idi.
 
Bununla yanaşı, Andorra millisi AÇ-2020-nin seçmə mərhələsinin H qrupunu 4 xalla 5-ci sırada tamamlayıb. Andorra yığması tarixində ilk dəfədi ki, iştirak etdiyi bir turnirin seçmə mərhələsində qrupu sonuncu tamamlamır. H qrupunun sonuncusu 3 xalla Moldova olub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right