"Qara Qarayevə qarşı oynamaq olduqca çətin idi" - "Tottenhem"in futbolçusu

Uelsin müdafiəçisi Ben Deyvis AÇ-2020-nin seçmə mərhələsində Bakıda Azərbaycan millisinə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra Sportinfo.az-ın əməkdaşının suallarını cavablandırıb.

- Demək olar ki, Azərbaycan yığması Kardiffdə keçirilən oyunda daha yaxşı çıxış etdi?

- Bəli, komanda olaraq, Azərbaycan rəqiblərə çətinlik yarada bilir. Düşünürəm ki, nəticə komandanın səviyyəsini əks etdirmir. Azərbaycan yaxşı çıxış etdi. Əminəm ki, gələcəkdə rəqiblər millinizlə oynamaqdan çəkinəcəklər. Bu gün şanslı idik. 3 gün sonra bizi Macarıstanla böyük oyun gözləyir. Növbəti mərhələ ümidlərimizi bu oyuna saxlamışıq.

- Azərbaycan yığmasında hansı futbolçunun çıxışını bəyəndiniz?

- Yaxşı oyunçularınız var. Cinahda çox yaxşı oynayırlar. Mərkəzdə kapitanınız Qara Qarayevin oyununu xüsusi qeyd edərdim. Çox yaxşı top saxlayır. Ona qarşı oynamaq olduqca çətin idi. Çətin oyun oldu. Bizə problem yarada bildilər.

- Bugünkü matçda Uels azarkeşlərinin sayı yerli azarkeşlərdən daha çox idi. Bu sizin üçün gözlənilməz olmadı?

- Xeyr, bizim möhtəşəm azarkeşlərimiz var. Onlar səyahət etməyi sevirlər. Oyunçularla birlikdə Bakıya gəldilər. Azarkeşlərimiz fərqli mədəniyyətlər görmək və bunlardan həzz olmağı çox sevir. Onların bizə dəstək olması gözəl hissdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right