Emenike "Vesterlo"da 2 ay davam gətirdi

"Fənərbağça" və "Spartak"dakı çıxışları ilə tanınan Emmanuel Emenike Belçikanın "Vesterlo" klubundan ayrılıb.

Newsport.az-ın məlumatına görə, nigeriyalı hücumçu "Vesterlo"da cəmi 2 ay davam gətirib. Klub hər iki tərəfin razılığı ilə Emenikenin müqaviləsinə xitam verildiyini açıqlayıb.

32 yaşlı futbolçu "Vesterlo" ilə sentyabrın 19-da müqavilə bağlamışdı.

Emenike Belçika 2-ci liqasında "Vesterlo"nun heyətində bir dəfə start heyətində meydana çıxıb. O, 4 oyunda meydana sonradan daxil olub və qol vura bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right