“Qarabağ”lı Paraqvaya qarşı niyə forma geyinmədi?

Bolqarıstan yığması yoxlama oyunu keçirib. 

Newsport.az-ın məlumatına görə, “Qarabağ”ın futbolçusu Simeon Slavçevin formasını geyindiyi kollektiv doğma meydanda Paraqvay milli komandası ilə üz-üzə gəlib.

Sofiyada baş tutan matç bolqarların məğlubiyyəti ilə başa çatıb – 0:1. Zədədən yeni qayıdan Slavçev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Bolqarıstan yığması noyabrın 17-də AÇ-2020-nin seçmə mərhələ çərçivəsində Çexiyanı qəbul edəcək. “Qarabağ”ın yarımmüdafiəçisinin həmin oyuna qədər hazır olması gözlənilir





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right