"Yığmadakı fəaliyyətimə son qoyuram”

Çin yığmasının baş məşqçisi Marçello Lippi istefa verib. 

Newsport.az-ın məlumatına görə, uğursuz çıxışı ilə diqqət çəkən komandasının DÇ-2022-nin Asiya üzrə seçmə mərhələsi çərçivəsində Suriyaya 1:2 hesablı məğlubiyyətindən sonra mətbuat konfransı keçirən italiyalı mütəxəssis postundan ayrıldığını bəyan edib:

“Komandanın bu vəziyyətə gəlməsində çox böyük payım var. Çin yığmasındakı fəaliyyətimə son qoyuram”.

A qrupunda yer alan Çin yığması 4 oyuna topladığı 7 xalla ikinci sırada qərarlaşıb. Suriya isə 12 xalla liderdi. Lippi 2016-cı ildən Çin millsini çalışdırır. İtaliyalı məşqçi Asiya Kubokunun 1/4 finalında mübarizəni dayandırdıqları üçün bu ilin yanvar ayında istefa vermişdi. Amma Çin Futbol Federasiyası may ayında 71 yaşlı mütəxəssisi yenidən millinin baş məşqçisi postuna gətirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right