Şenol Günəş zəfəri şərh etdi: "Təsadüflə irəli getmək olmaz"

İslandiya ilə 0:0 hesablı heç-heçə etməklə Avropa çeçmpionatının final mərhələsinə vəsiqə qazanan Türkiyə millisinin baş məşqçisi Şenol Günəş açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 66 yaşlı mütəxəssis bu nailiyyəti türk xalqına həsr etdiklərini deyib:

"Hədəfə çatmaq çox önəmli idi. Avropa çempionatına yollanmaq xəyalımız idi. Bunu ölkə olaraq, realladşırmaq istəyirdik. Futbolçuları təbrik edirəm, azarkeşlərə isə minnətdaram. Eyni duyğu və düşüncəni paylaşan millət kimi bir araya gəlmək istədik. Qalib gəlmədik, ilk dəfə qol vura bilmədik, ancaq final mərhələsinə yollanmağı çox istəyirdik. İslandiya fiziki gücündən istifadə edərək, təzyiq göstərmək istədi. İlk hissədə yaxşı oynadılar. Daha sonra sərtliyə cavab verdik. İkinci hissədə yaxşı çıxış elədik. Bu gündən etibarən Avropa çempionatında uğurlu çıxış etmək üçün çalışacağıq. Avropa və dünya çempionatlarına qatılmaq üçün birlikdə düşünməliyik. İnşallah, uğurların davamı gələr, daha yaxşı olar. Bu, mənim deyil, hamımızın komandasıdır. Ona görə də birlikdə danışmalıyıq".

Təcrübəli mütəxəssis Türkiyə futbolunu daha irəli yerlərə aparmaq istədiklərini sözlərinə əlavə edib:

"Xəyallarımız çoxdur, amma bunları tək mənim realladırmağım mümkünsüzdür. Yeni futbolçuların irəli getməsi üçün indiki oyunçularla hədəfimiz olmalıdır. Təsadüflə irəli getmək olmaz. Artıq nələr edəcəyimizi danışmalıyıq. Sadəcə, bütün işləri mənə buraxsanız, səhv etmiş olarsınız. Hər birimiz birlikdə çalışmalıyıq".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah