“Everton” Moyze Kini transfer etməyə peşman olub

İngiltərənin “Everton” klubu yayda “Yuventus”dan 30 milyon avroya transfer etdiyi Moyze Kin ümidləri doğrultmur.

Newsport.az saytının məlumatına görə, 19 yaşlı forvard davranışları və performansı ilə Liverpul təmsilçisini məyus edib. Komandanın baş məşqçisi Marku Silva italiyalı futbolçunu toplanışa iki dəfə gec gəldiyi üçün əsas heyətdən qovub.

Məşhur agent Mino Rayola müştərisinin “Everton”dakı durumundan narazı olduğu üçün hərəkətə keçib. Nüfuzlu futbol adamı Kinin qışda başqa klubda oynaması üçün çalışır.

İtaliya A Seriyasında uğursuz mövsüm keçirən “Milan” gənc ulduzla maraqlanır və Mino Rayolaya bununla bağlı məlumat göndəriblər.

Kin bu mövsüm Premyer Liqada 11 oyuna 1 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right