Ronaldinyo yenidən “Barselona”da

Braziliya yığmasının əfsanəvi futbolçusu Ronaldinyo yenidən “Barselona”ya qayıdır.

Newsport.az xəbər verir ki, bu barədə Kataloniya klubunun sabiq üzvü “Instagram” hesabında məlumat yayıb:

“Mən evimdəyəm. Bu cür sevgi və hörmətə görə tanrıya minnətdaram. Burada həmişə inanılmaz enerji var. Prezidentlə görüşdüm. Tezliklə xəbəri elan edəcəyik”.

Hələlik Ronaldinyonun “Barselona”da hansı vəzifədə çalışacağı bəlli deyil. Braziliyalı 2003-cü ildən 2008-ci ilədək Kataloniya klubunun uğurları üçün çalışıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right