"Əxlaqsız davranışlara sakit dayana bilmərəm"

Ukrayna Premyer Liqasının 13-cü turunda Kiyev “Dinamo”su ilə oyunda irqçi şüarlara məruz qalan “Şaxtyor”un yarımmüdafiəçisi Tayson açıqlama verib.

 

Newsport.az xəbər verir ki, braziliyalı futbolçu “Instagram” hesabında ona dəstək olan şəxslərə təşəkkür edib:

 

“Əvvəlcə Braziliyaya qayıtmağa qərar verdim, amma sonra düşündüm ki, “Şaxtyor” məni “Milan”a 30 milyon avroya satmaqdan imtina etmişdi. Bu qərar çox çətin olardı. Həm də məni necə buraxsınlar? Dekabrda istirahət üçün Braziliyaya gedəcəm. İrqimi sevirəm və rəngim üçün mübarizə aparıram. Etdiyim hər şey bunun üçündür. Belə insanlığa sığmayan və əxlaqsız davranışlara heç vaxt sakit dayana bilmərəm. Göz yaşlarım əsəbdən və həmin an bir şey edə bilmədiyim üçün oldu. Bizə belə hallarda güclü olmağı və haqqımız uğrunda mübarizə aparmağı öyrədiblər. Başımı dik tutub, həmişə savaşacam. İrqçi olmamaq kifayət deyil, buna qarşı mübarizə aparmalıyıq. Futbol və yer kürəsinin sakinləri daha çox hörmətə layiqdir”.

 

“Dinamo” ilə matçın 74-cü dəqiqəsində Donetsk klubunun futbolçusu Tayson hisslərini cilovlaya bilməyib. Braziliyalı yarımmüdafiəçi ona və komanda yoldaşı Dentinyoya qarşı səsləndirilən şüarlara sərt təpki verib. 31 yaşlı futbolçu qaydanı pozduğu epizoddan dərhal sonra fanatlara tərəf orta barmağını qaldırıb və topu onlara tərəf vurub.
 
O, bu hətəkətinə görə qırmızı vərəqə alıb. Tayson göz yaşları içində meydanı tərk edib.
 
Qarşılaşmada 1:0 hesabı ilə qalib gələn "Şaxtyor" "Dinamo" ilə xal fərqini 12-yə yüksəldib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right