Ronaldodan tələb: Üzr istə

“Yuventus”un futbolçuları komanda yoldaşları Kriştianu Ronaldonun hərəkətlərindən narazıdılar. Newsport.az xəbər verir ki, Ronaldo A seriyasının ötən turunun “Milan”la oyununda (1:0) əvəzlənən zaman baş məşqçi Mauritsio Sarri ilə görüşməmiş və birbaşa paltardəyişmə otağına yollanmışdı.

“Yuventus”lu futbolçular portuqaliyalı hücumçunun davranışlarından narazıdı və onun komanda heyətindən üzr istəməsini tələb edirlər.

İtaliya mətbuatının iddiasına görə, artıq Turin klubunun idman direktoru Fabio Paratiçi də Ronaldonun agenti Jorje Mendeşə bildirib ki, Kriştianu klub rəsmilərindən və baş məşqçidən üzr istəməlidi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right