Dadaşov oynadı, komandası "Tondela"ya qalib gəldi

Portuqaliya çempionatında 11-ci turun oyunları keçirilib. 

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Pasuş de Ferreyra” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Tondela” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0. Renat da bu görüşün iştirakçısı olub. O, 45+1-ci dəqiqədə meydana buraxılıb.

Renat bu yay İngiltərənin “Vulverhempton” klubuna transfer olunsa da, “Pasuş de Ferreyra”ya 1 illik icarəyə verilib. Futbolçumuzun komandası hazırda 8 xalla 18 kollektiv arasında 17-cidi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right