Pedro Enrike “Qarabağ”ın oyununda

“Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike Bakıya gəlib.

Newsport.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçi Ağdam klubunun Premyer Liqanın 11-ci turunda hazırda  “Zirə” ilə keçirilən oyununu stadiondan izləyir.

O, Tofiq Bəhramov adına Respublika stadionunun tirubunasında “Qarabağ”ın zədəli futbolçuları Filip Ozobiç və Dani Kintana ilə birgə oyuna baxır.

Qeyd edək ki, hazırda Türkiyənin “Kayserispor” klubunda çıxış edən Pedro  2017/2018 mövsümündə icarə əsasında "Qarabağ"da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right