"Ramil Şeydayev 20 milyonluq futbolçudan daha fəal idi"

Rusiya mətbuatı Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin "Dinamo"nun heyətində Premyer Liqanın XVI turunun "Rubin"lə səfər oyunundakı (1:0) çıxışını dəyərləndirib.

Newsport.az-ın məlumatına görə, "Спорт день за днем" saytı 22 yaşlı forvardın 73-cü dəqiqədə əvəzlədiyi Maksimilan Filipddən daha yaxşı təsir bağışladığını yazıb:

"Novikov "Rubin"lə matçda həmçinin Ramil Şeydayevə də kifayət qədər vaxt verdi. 20 milyonluq Maksimilian Filippin əvəzinə meydana daxil olan forvard ondan zəif təsir bağışlamadı. Hətta ondan daha fəal idi".

Ramil sonuncu dəfə oktyabrın 5-i "Orenburq"la matçda meydana çıxmışdı. O, 1 aydan sonra "Dinamo"da oynamaq şansı qazandı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right