Nicat Qurbanovdan Gürcüstanda daha bir qol

Gürcüstanın I Divizionunda 34-cü turun görüşləri keçirilib.

Newsport.az-ın məlumatına görə, Nicat Qurbanovun formasını geyindiyi "Samtredia" evdə "Qaqra"ya 3:0 hesabı ilə qalib gəlib.

Qurbanov oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 37-ci dəqiqədə ilk qolun müəllifi olub.

Yayda komandaya qoşulan Nicat 6 qol, 3 assistlə komandasına fayda verib.

"Samtredia" 71 xalla ikinci yerdə qərarlaşıb. Turnir cədvəlinə 81 xalla Tbilisinin "Merani" klubu başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right