Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşdi

Çempionlar Liqasında qrup mərhələsinin IV turunun ən yaxşı futbolçusu müəyyənləşib. Newsport.az xəbər verir ki, UEFA-nın keçirdiyi səsvermədə azarkeşlər 4 namizəd arasında seçim edib.

Nəticədə "Real"ın hücumçusu Rodriqo turun ən yaxşısı seçilib. 18 yaşlı oyunçu "Qalatasaray"la qarşılaşmada het-trikə imza ataraq buna nail olub.

Rodriqo digər iddiaçılar Əşrəf Hakimi (“Borussiya”, Dortmund), Son Hun Min (“Tottenhem”) və Keylor Navası (PSJ) qabaqlamağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right