"Barselona"da ciddi itki

"Barselona" ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, Çempionlar Liqasının 4-cü turunda ötən gecə "Slavia" ilə oyunda (0:0) zədələnərək əvəzlənən Jordi Alba 1 aya yaxın meydana çıxa bilməyəcək.

Bu gün tibbi müayinədən keçən ispaniyalı müdafiəçinin topuğunda problem aşkarlanıb.

Qeyd edək ki, 30 yaşlı futbolçu bu mövsüm La Liqada 6 oyuna 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right