"Barselona"dan rekord və ən zəif göstərici

Çempionlar Liqasının qrup mərhələsində "Slaviya" ilə bərabərə qalan (0:0) "Barselona" uğurlu seriyasını davam etdirib.

Newsport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu "Nou Kamp"ı yenə məğlub olmadan tərk edib.

La Liqa çempionu Çempionlar Liqasında ardıcıl 34-cü dəfə ev oyununda uduzmayıb və bununla öz rekordunu yeniləyib.

Dünənki qarşılaşmanı tribunadan 67 min 23 azarkeş izləyib ki, bu da son iki ilin ən zəif göstəricisidi. Buna qədər 2017-ci il oktyabrın 18-də "Olimpiakos"la (3:1) görüşü cəmi 55 min 26 azarkeş izləmişdi.

Qeyde dək ki, "Barselona" 4 turdan sonra 8 xalla F qrupuna başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right