Emeri Cakanı kapitanlıqdan məhrum etdi

"Arsenal"ın baş məşqçisi Unay Emeri kapitan Qranit Caka ilə bağlı qərarını verib. Newsport.az saytının BBC-yə istinadən məlumatına görə, ispaniyalı mütəxəssis kapitanlıq sarğısını Cakadan almaq qərarına gəlib.

Buna səbəb yarımmüdafiəçinin Premyer Liqanın X turunda "Kristal Pelas"la qarşılaşmada azarkeşlərlə mübahisə yaşaması olub. Həmin qarşılaşmada İsveçrə millisinin üzvü əvəzlənərkə azarkeşlər onu fitə basıb. Əl hərəkətləri ilə buna qarşılıq verən 27 yaşlı orta sahə oyunçusu birbaşa paltardəyişmə otağına yollanmışdı.

"Arsenal" bu gün Avropa Liqasının qrup mərhələsində "Gimaraeş"lə keçiriləcək səfər oyununa yeni kapitanla çıxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right