Həm mövsümün ən yaxşısı, həm də bombardir oldu

ABŞ-ın futbol çempionatı olan MLS-də mövsümün ən yaxşı oyunçusu məlum olub. 

Newsport.az xəbər verir ki, bu, “Los Anceles”in futbolçusu Karlos Veladı. 

Bu barədə MLS-in mətbuat xidməti məlumat yayıb. Vela, futbolçular və məşqçilər arasında keçirilən sorğuda 69,61 faiz səslə 1-ci olub.

2-ci sırada 14,11 faizlə “Los Anceles Qalaksi”dən Zlatan İbrahimoviç, 3-cü isə 6,97 faizlə “Atlanta Yunayted”dən Jozef Martines olub.

Vela həm də, 38 qolla mövsümün bombardiri olub. 30 yaşlı hücumçu MLS-də mövsümün ən yaxşı oyunçusu seçilən ilk meksikalıdır.

Vela karyerası ərzində “Çivas”, “Arsenal”, “Real Sosyedad” kimi klublarda çıxış edib. Meksikalı hücumçu 2018-ci ilin yanvarından “Los Anceles”də forma geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right