“Ölməmişəm, sağ-salamatam” – Maradona

"Ölüb eləməmişəm, sağ-salamatam. Səhhətim yerindədir. İşləyə bildiyim üçün gecələr rahat yatıram. Qızımın nə demək istədiyini başa düşmədim".

Newsport.az-ın məlumatına görə, bu sözləri dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona ölkəsinin mətbuatına səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Maradonanın qızı Giannina bir müddət əvvəl şəxsi İnstaqram səhifəsində atasının vəziyyətinin yaxşı olmadığını yazmışdı:

“Bədəni qərar verdiyi üçün ölmür. Fərqində deyil, amma onu içdən-içə öldürürlər. Xahiş edirəm, onun üçün dua edin".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right