Azərbaycanla oyunu buraxacağı dəqiqləşdi

Uels yığmasının yarımmüdafiəçisi Devid Bruksun AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla keçiriləcək oyunu buraxacağı dəqiqləşib. Newsport.az xəbər verir ki, bunu futbolçunun müqavilə ilə məxsus olduğu "Bornmut" klubunun baş məşqçisi Eddi Houe deyib.

O bildirib ki, uzun müddətdi yaşıl meydanlardan uzaq qalan 22 yaşlı hücumameyilli oyunçu artıq kollektivlə birlikdə məşqlərə qoşulub. Ancaq ötən ay yğmanın Slovakiya və Xorvatiya ilə matçlarını buraxan Bruks seçmə mərhələnin son qarşılaşmalarında da baş məşqçi Rayan Giqqzin ixtiyarında olmayacaq.

Eddi Houe hələ ötən aydan yetirməsinin milliyə çağırılmaq ehtimalının az olduğunu və artıq bunun dəqiqləşdiyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 16-da Azərbaycan millisinin qonağı olacaq uelslilər bundan 3 gün sonra Macarıstanı qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right