APOEL-də baş məşqçi və futbolçu arasında növbəti gərginlik

Avropa Liqasında "Qarabağ"ın rəqibi olan APOEL-də yenə gərginlik baş verib.

Newsport.az-ın məlumatına görə, komandanın baş məşqçisi Tomas Dolla vingeri Musa əl-Tamarinin münasibətləri növbəti dəfə korlanıb.

İordaniyalı futbolçu Kipr I Liqasının 8-ci turunda AEK-lə matçın 66-cı dəqiqəsində əvəzlənməsinə əsəbləşib. Tomas Doll həmin vaxt Tamarinin hərəkətinə reaksiya verməsə də, onu yenidən cəzalandıracağı istisna deyil.

Almaniyalı mütəxəssis "Qarabağ"la Bakıdakı son oyunda Tamarini intizamsızlığına görə oynatmamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right