"Final oyunundan qabaq sanki boğulurdum" Marselo

“Real”ın braziliyalı müdafiəçisi Marselo 2017/2018 mövsümünün Çempionlar Liqasının finalında “Liverpul”a qarşı keçirdikləri görüşü xatırlayıb. 

Newsport.az-ın məlumatına görə, “sambaçı” əslində “Liverpul”la oyundan qabaq psixoloji gərginlik keçirdiyini və oyuna çətinliklə çıxdığını bildirib:

“Nəfəs ala bilmirdim. Təşvişə düşməməyə çalışırdım. Bu hadisə 2018-ci ildə Çempionlar Liqasının finalında “Liverpul”la oyundan əvvəl paltardəyişmə otağında baş verdi. Sanki sinəmə nəsə girmişdi. Bu böyük təzyiq idi. Siz bu hissi bilirsiz? Mən əsəbdən, narahatçılıqdan danışmıram. Futbolda əsəblərin olması normaldır. Bu tamam başqa bir hiss idi, sanki boğulurdum”.

Marselo stress və gərginliyin səbəbinin final oyunu ilə bağlı olduğunu dilə gətirib: “Hər şey finaldan əvvəl başlamışdı. Yemək yeyə bilmirdim, yata bilmirdim. Yalnız matç haqda düşünürdüm. Həyat yoldaşım Klarisa dırnaqlarımı yediyimə görə mənə əsəbləşirdi. Axı, mən bunu bir neçə il əvvəl tərgitmişdim. Final günü yuxudan qalxdım və gördüm ki, bütün dırnaqları yemişəm. Futbolda narahat olmaq normaldır. Finaldan öncə narahat deyilsizsə, siz səmimi insan saymaq olmaz. “Liverpul”la oyundan əvvəl böyük təzyiq var idi. İnsanlar bunun qəribə olduğunu düşünə bilər. Çünki biz artıq iki dəfə bunu qazanmışdıq. Hamı “Liverpul”un qalib gəlməsini istəyirdi. Problem nədir? Tarixə keçmək şansınız varsa, təzyiq hiss edirsiniz. Həkimə zəng etmək istədim, amma onun mənə oynamağa icazə verməyəcəyindən qorxdum. Ona görə də toparlanıb meydana çıxdım. Özümə nələrisə sübut etmək istəyirdim”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right