"Konyaspor" Emil Balayevi bəyənmədi

"Konyaspor"un maraq dairəsində olan "Tobol" və milli komandamızın qapıçısı Emil Balayevin bu kluba keçidi baş tutmayacaq.

Newsport.az-ın məlumatına görə, türk klubunun məşqçilər korpusu Balayevin nəyə qadir olduğunu görmək üçün Kostanay təmsilçisinin çempionat oyununda da olublar. Türk klubu Balayevi transfer etmək istəsə də, sonradan bu fikirdən vaz keçib.

"Konyaspor” “Altınordu”nun qapıçısı Erhan Erentürkün transferini həll etdiyinə görə millimizin qapıçısının transferindən vaz keçib. Üstəlik Superliqa təmsilçisinin məşqçilər korpusu son oyunlarda Balayevdən gözlədikləri çıxışı görmədikləri üçün Erhan Erentürkün transferinə üstünlük veriblər.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right