Klopp təqvimdən narazıdı "Vaxt dəyişməsə, meydana çıxmayacağıq"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp sıx təqvimdən narazıdı.

Newsport.az-ın məlumatına görəo, İngiltərə Liqa Kubokunun 1/8 finalında "Arsenal"a qalib gəldikləri oyundan sonra bu barədə şikayətini dilə gətirib:

"FIFA klublararası dünya çempionatında iştirak etməyimizi istəyir. İngiltərə Futbol Federasiyası isə ölkə kubokunda oynamağımızı tələb edir. Açığı, hansına qatılacağımızı bilmirəm. Əlbəttə, bir komandanın bütün turnirlərdə iştirak etməyəcəyini düşünüb, təqvim hazırlayanda rahat olur. Əgər təqvimdə dəyişiklik etməsələr, 1/4 finalda "Arsenal" oynasın. Biz bu oyunda qalib gəlmək istəyirdik və bacardıq. Lakin növbəti oyunlar üçün uyğun tarix tapmasalar, meydana çıxmayacağıq".

"Liverpul" dekabrın 14-ü Premyer Liqada "Uotford"la üz-üzə gələcək. 2 gün sonra "qırmızılar" Liqa Kubokunun 1/4 finalında "Aston Villa" ilə qarşılşacaq. Mersisaydlıların dekabrın 18-i və 21-i klublararası dünya çempionatında oyunları var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right