Beqoviç Prosineçkini "təlxək" adlandırdı

Asmir Beqoviç "Qarabağ"da mütəmadi oynasa da, Bosniya və Herseqovina millisinə yenə dəvət almayıb.

Newsport.az-ın məlumatına görəbaş məşqçi Robert Prosineçkinin 32 yaşlı qapıçını çağırmaması ölkə mətbuatında geniş müzakirə edilir.

Asmir Beqoviçin atası Amir Beqoviç sosial şəbəkədə sərt sözlər yazanlardan olub: "Bəzi adamlar federasiya prezidentinin köməkliyi ilə Asmiri yığmadan qovdu".

Oğlunun yığmaya dəvət almamasına qəzəblənən Amir millinin çalışdırıcısı Robert Prosineçkini təlxək adlandırıb:

"Bu təlxək sadəcə, bir oyuncaqdı".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right